ABŞERONUN YAŞIL

MİRVARİSİ EVİNİZDƏ

Made in Azerbaijan

Azərbaycan ərazisində sortlaşdırılmaqla "Armudu zeytun", "Azərbaycan", "Buzovna" "Qara", "Şirin", "Bakı zeytunu" kimi qiymətli zeytun növləri yetişdirilir. İl ərzində 600 ton zeytun yetişdirilir. Bunlardan 200 ton yaşıl 400 tonu isə qara zeytundur. 400 ton qara zeytundan orta hesabla 50 ton zeytun yağı istehsal edirik. “ZİRA OLİVES” şirkəti ölkə ərazisində yetişdirilən zeytunun əla növlərini seçməklə, Azərbaycan xalqının bu sahədəki qədim və unikal reseptlərinin istifadəsini, həmçinin ən yeni texnologiyaları tətbiq etməklə xalqımızın süfrəsini bəzəməkdədir.

Ev şəraitində hamı mürəbbə bişirir, lakin bu işin incəliyini hamı bilmir. Mürəbbə bişirmək üçün tam yetişmiş, bərk olmayan, eyni ölçülü meyvələr götürülməlidir. Kal meyvədən alınan mürəbbə bərk və büzüşmüş halda olur. Biz bu işin incəliyini və bütün sirlərini öyrənərək Sizlərə zeytundan hazırlanan aşağıdakı mürəbbə çeşidlərimizi təqdim edirik.